Mənfi obrazların “kral”ı vəfat etdi

menfi-obrazlarin-krali-vefat-etdi
Oxunma sayı: 4147

Türkiyə filmlərində əsasən mənfi obrazları ilə tanınan məşhur aktyor Hikmet Taşdemir vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, 81 yaşlı sənətçi ötən gün müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, H. Taşdemir "Umudumuz Şaban”, Korkusuz Korkak”, “Tatar Ramazan”, “Umutsuzlar”  filmlərində yaratdığı mənfi obrazları ilə daha çox fərqlənib. Aktyorun sonuncu ekran işi isə “Arka sokaklar” serialında olub.