“Məqsəd Azərbaycanı parçalmaqdır”

meqsed-azerbaycani-parcalmaqdir
Oxunma sayı: 2478



“Qafqazinfo” xəbər verir ki, “Sizin və digər həmkarlarınızın səyi ilə  ötən il Avropa Parlamentində keçirlimiş belə separatçı konfrans baş tutmadı. Yenidən  bu yöndə cəhdələr nəyin təzahürüdür?” sualını cavablandıran deputat bunun “Azərbaycana qarşı hazırlanmış xüsusi tədbirlərdən biri” olduğunu bildirib: “Avropa Parlamentinin binasında Dağlıq Qarabağla bağlı belə bir toplanıtının keçirilicəyindən xəbərim var.  Bu konfrans  Azərbaycana qarşı xüsusi hazırlanmış mütəmadi olaraq aparılan tədbirlərdən biridir. Ötən il də Azərbaycanda prezident seçkiləri ərəfəsində analoji tədbir keçirilib.  Həmin tədbirdədə  Azərbaycanın unitar dövlət quruluşuna zidd, parçalanmasına yönəlik çıxışlar əsas təşkil edirdi.  Müxtəlif milli azlıqarın adından danışan insanlar o toplantıya qatılmışdı. Ötən il bəhanə kimi prezident seçkilərini mövzu olaraq seçmişdilər. Bu il də Dağlıq Qarabağ məsələsini müzakirə etmək istəyirlər”.

Deputat  konfransda iştirak üçün dəvət olunmuş şəxslər arasında bədnam separatçı lider Ələkrəm Hümmətovun da olduğunu deyib. “Məndə olan informasiyaya görə, talış separatçılarının lideri Ələkrəm Hümmətovu da Avropa Parlamentində keçiriləcək bu konfransa çağrımaq niyyətləri var. Tədbir təşkilatçıları bundan başqa Azərbaycandakı bəzi müxalifət partiyalarının rəhbərləri də bu tədbirə çağırmaq fikrindədirlər”-deyə F.Muradov qeyd edib.  

Deputatın sözlərinə görə, tədbirin adı Qarabağla bağlı olsa da orada səslənəcək çıxışlarda bu münaqişə ilə bağlı  məsələ salınmayıb.”Məqsəd Azərbaycanı parçalmaq, ölkəmiz haqqında Avropa Parlamentinin binasında şaiyələr, böhtanlar səsləndirməkdir”. 

F. Muradov vurğulayıb ki, adışəkilən  tədbirin   Macarıstanın Avropa Parlamentində olan deputatlarının birinin təşəbbüsü  ilə keçirləcəyi barədə informasiya var.