“Məqsədimiz C Liqasına qayıtmaqdır” - Ayxan Abbasov

meqsedimiz-c-liqasina-qayitmaqdir
Oxunma sayı: 355

Azərbaycan milli komandasının baş məşqçisi Ayxan Abbasov UEFA Millətlər Liqasının 2026/2027 mövsümü üçün hədəflərini açıqlayıb və komandanın qarşısında duran əsas vəzifənin C Liqasına yüksəlmək olduğunu vurğulayıb.

“Qafqazinfo” AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, püşkün nəticələrini şərh edən mütəxəssis rəqiblərin artıq analiz edildiyini bildirib:

“Rəqiblərimiz bilindi, komandamız üçün xeyirli olsun. Bütün potensial rəqiblərimizlə tanış olmuşduq, oyunlarını izləmişdik. Əlbəttə ki, əsas məqsədimiz C Liqasına qayıtmaqdır. Qarşıdan yoldaşlıq görüşləri gəlir. Həmin oyunlarda futbolçuları izləmək, heyəti müəyyənləşdirmək imkanımız olacaq. C Liqasına qayıdacağımıza inanıram”.

Qeyd edək ki, millimiz D Liqasının 2-ci qrupunda Litva və Lixtenşteyn yığmaları ilə qarşılaşacaq.