Mərkəzi Neftçilər Xəstəxanasına baş həkim təyin edildi

merkezi-neftciler-xestexanasina-bas-hekim-teyin-edildi
Oxunma sayı: 9211

Mərkəzi Neftçilər Xəstəxanasına yeni baş həkim təyin olunub.

“Qafqazinfo” xəbər verir ki, TƏBİB-in icraçı direktoru Vüqar Qurbanovun əmrilə bu vəzifəni Hikmət Nağıyev icra edəcək. Bundan əlavə o, Cərrahiyyə xidmətləri üzrə direktor müavini təyin edilib.

Qeyd edək ki, H. Nağıyev 2001-ci ildən bugünədək Mərkəzi Neftçilər Xəstəxanasında ürək-damar cərrahı kimi işləyib. Son 6 ildə xəstəxananın ürək-damar xəstəlikləri şöbəsinin müdiri vəzifəsini icra edib, tibb elmləri üzrə fəlsəfə doktorudur.