Meşədə üzərinə ağac düşdü, öldü

mesede-uzerine-agac-dusdu-oldu
Oxunma sayı: 897

Qəbələdə meşədə üzərinə ağac düşən şəxs ölüb.

“Qafqazinfo”nun məlumatına görə, hadisə rayonun Vəndam kəndində, meşəlik ərazidə baş verib.

1970-ci il təvəllüdlü Nəriman Həbillah oğlu Bayramov meşədə olarkən üzərinə ağac düşməsi nəticəsində vəfat edib. 

Faktla bağlı araşdırma aparılır.

Mübariz Muradov