Məşhur restoranın icarədarı həbs edildi

meshur-restoranin-icaredari-hebs-edildi
Oxunma sayı: 11190

Sumqayıt şəhərindəki məşhur “Kalyon” restoranında qanunsuz keçirilən toya görə məsul şəxs həbs edilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, yanvarın 23-də şəhərin Sahil küçəsində yerləşən “Kalyon” restoranında portalda qeydiyyatdan keçmədən toy məclisi təşkil olunub.

Polisin keçirdiyi reyd zamanı bu fakt aşkarlanıb və restoranın icarədarı, 1984-cü il təvəllüdlü Çaylar İsmayılov saxlanılıb.

Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə başlanan işə məhkəmədə baxılıb. Hakimin qərarı ilə Ç.İsmayılov 10 gün müddətinə inzibati qaydada həbs edilib.

Xəbəri rus dilində oxuyun: В Сумгайыте скончалась ученица 3 класса