Messi 83 illik rekordu təkrarladı

messi-83-illik-rekordu-tekrarladi
Oxunma sayı: 3897

Argentina millisinin kapitanı Lionel Messi Braziliya yığmasının sabiq üzvü Leonidasa məxsus olan 83 illik rekordu təkrarlayıb.

“Qafqazinfo” Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) rəsmi saytına istinadən xəbər verir ki, 36 yaşlı hücumçu millidəki son 15 matçın 14-də qol vuararaq buna nail olub.

Messi 1 ildən bir az artıq müddətdə - 2022-ci il iyunun 5-dən 2023-cü il sentyabrın 8-dək 14 qarşılaşmada qol vurub. Leonidas isə 1932 – 1940-cı illərdə 15 görüşün 14-də qol vurmağı bacarıb.