İran ABŞ-yə 7 şərt irəli sürüb - Putinə də çatdırılıb

iran-abs-ye-7-sert-ireli-surub
Oxunma sayı: 361

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayi Hörmüz boğazının açılması üçün Tehranın ABŞ qarşısında irəli sürdüyü 7 şərti Rusiya Prezidenti Vladimir Putinə çatdırdığını bildirib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Rzayi İran mediasına açıqlamasında bildirib ki, Vaşinqton həmin şərtləri yerinə yetirməyənədək Hörmüz boğazı açılmayacaq və heç bir danışıqlar aparılmayacaq:

“Əlbəttə, mən Putinə bildirdim ki, diplomatik kanallar vasitəsilə ABŞ-yə yeddi şərt təqdim etmişik. Vaşinqton onları yerinə yetirməyənədək Hürmüz boğazı açılmayacaq və heç bir danışıq baş tutmayacaq”.

İranın irəli sürdüyü şərtlərin konkret nələrdən ibarət olduğu açıqlanmayıb.

Qeyd edək ki, Rzayi Putinlə görüşündə İranın Ali Rəhbəri Müctəba Xameneinin məktubunu da Rusiya Prezidentinə təqdim edib. Məktubun məzmunu barədə məlumat verilməyib.

Məlumat üçün bildirək ki, Kremldə keçirilən görüşdə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov və Rusiya Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi İqor Kostyukov da iştirak ediblər.

Xatırladaq ki, oktyabrın sonunda “Al Arabiya” nəşri İranın Pakistan vasitəsilə ABŞ administrasiyasına təklif göndərdiyini yazmışdı. Təklifdə Amerika tərəfinin İran limanlarına tətbiq etdiyi blokadanı dayandırması müqabilində Hörmüz boğazında gəmi hərəkətinin bərpası nəzərdə tutulurdu.