Metroda yenə problem yarandı

metroda-yene-problem-yarandi
Oxunma sayı: 3520

Bakı metrosunda problem yaranıb.

Bu barədə “Qafqazinfo”ya “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirilib.

B.Məmmədov qeyd edib ki, “Dərnəgül-Bakmil” marşrutu üzrə hərəkət edən qatarda nasazlıq ehtimalı ilə sərnişinlər “Nəsimi” stansiyasında düşürülüb:

“Qatar baxış keçirilməsi üçün “Memar Əcəmi” stansiyasında dalan yola verilib. Hazırda araşdırma aparılır”.

***

Bəxtiyar Məmmədovun açıqlamasına görə, xətlər üzrə yubanma, qatarların hərəkət sahəsindən asılı olaraq, 3-5 dəqiqə təşkil edib.