2027-ci il mövsümü ərəfəsində bütün 11 “Formula 1” komandasının iştirakı ilə keçiriləcək təqdimat tədbiri 18 fevralda Milanda baş tutacaq.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumat “Match TV” saytında dərc olunub.
Tədbir 18-20 fevral tarixlərində keçiriləcək üçgünlük “F1 Live Milan” festivalının bir hissəsi olacaq. Tədbirdə bütün pilotlar və komanda rəhbərləri iştirak edəcəklər.
Məlumata görə, “McLaren”, “Red Bull”, “Mercedes”, “Ferrari”, “Aston Martin”, “Williams”, “Racing Bulls”, “Alpine”, “Haas”, “Audi” və “Cadillac” öz bolidlərini təqdim edəcəklər.
Son xəbərlər
Son Xəbərlər