Milli Məclisin üzvü İstanbula şeir yazdı – İstanbul nəğməsi

milli-meclisin-uzvu-istanbula-seir-yazdi-istanbul-negmesi-
Oxunma sayı: 992







İstanbul nəğməsi


Mədəniyyətlər mərkəzisən,
Möhtəşəmsən, əzəmətsən
Qəhrəmanım, cömərdimsən
Nazlı gözəl İstanbulum.

Nə qədər sevsək yetməz!
Nə qədər söz desək bitməz!
Doğu-Batı, Batı-Doğu, Vətənisən
Yaradanın insanlığa mujdəsisən,
Türk elinin arxası Sən , dayağı Sən
Qürurlusan, qeyrət rəmzi İstanbulum.

Nə qədər sevsək yetməz!
Nə qədər söz desək bitməz!

Bayrağımın ulduzu sən, ayı sən
İstiqlalın nəğmə dolu məşəlisən
Kutsallığın havası sən, suyu sən
Sən özgürlük beşiyisən, İstanbulum.

Nə qədər sevsək yetməz!
Nə qədər söz desək bitməz!

Sən ruhumun qaynağısan,
İnancların torpağı sən, məkanı sən
Övliyalar elçisinin səması sən
Əbədiyyət məbədimsən, İstanbulum.

Nə qədər sevsək yetməz!
Nə qədər söz desək bitməz!

Dünyamıza sevgi dolu qucaq sən
Çarəsizin ümidi sən , güvənci sən
Savaşlara barış sən, çözüm sən
Sən çağdaşlıq timsalısan, İstanbulum.

Nə qədər sevsək yetməz!
Nə qədər söz desək bitməz