Fransa milli komandasının baş məşqçisi Didye Deşam karyerasını İspaniyada davam etdirə bilər.
“Qafqazinfo” “RMC Sport” nəşrinə istinadən xəbər verir ki, təcrübəli mütəxəssis “Real Madrid”in maraq dairəsinə düşüb.
Məlumata görə, 57 yaşlı mütəxəssis “Kral klubu”nun yeni baş məşqçi namizədlərinin yer aldığı siyahıya daxil edilib. Mənbənin iddiasına görə, Madrid təmsilçisi Deşamı gələcək layihələrinin rəhbəri kimi nəzərdən keçirir.
Məlumat üçün bildirək ki, D. Deşam bir müddət əvvəl verdiyi açıqlamada 2026-cı il dünya çempionatından sonra Fransa millisindəki vəzifəsindən ayrılacağını açıqlayıb. Bu qərar onun klub futboluna qayıtmaq istəyi ilə əlaqələndirilir.
Qeyd edək ki, Deşam 2012-ci ildən Fransa milli komandasına rəhbərlik edir və bu müddətdə 2018-ci il dünya çempionluğuna imza atıb. O, karyerası ərzində “Marsel”, “Monako” və İtaliyanın “Yuventus” klublarında da uğurlu fəaliyyəti ilə tanınıb.
Son xəbərlər
Son Xəbərlər