Millimiz onun qolu ilə qalib gəldi - Video

millimiz-onun-qolu-ile-qalib-geldi
Oxunma sayı: 721

18 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Belarusun paytaxtı Minskdə keçirilən Beynəlxalq İnkişaf Turnirində bu gün növbəti oyununa çıxıb.

“Qafqazinfo” xəbər verir ki, B qrupunda yer alan yığmamız ev sahibi Belarusun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

Belarus Futbol Federasiyasının məşq meydançasında baş tutan gərgin mübarizə millimizin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qarşılaşmada yeganə və qalibiyyət qolunu oyunun 42-ci dəqiqəsində Əli Bəşirov rəqib qapısından keçirib.

Qeyd edək ki, millimiz bundan əvvəlki oyunlarda Rusiya (1:7) və Özbəkistana (1:3) məğlub olub.