Millimiz Rumıniya ilə heç-heçə etdi

millimiz-ruminiya-ile-hec-hece-etdi
Oxunma sayı: 1734

Futzal üzrə Azərbaycan millisi bu gün DÇ-2024-ün elit-raund mərhələsində növbəti oyununu keçirib.

“Qafqazinfo” xəbər verir ki, Vitali Borisovun baş məşqçilik etdiyi komanda Rumıniya yığması ilə qarşılaşıb. Bakı İdman Sarayında keçirilən oyunda qalib müəyyənləşməyib - 5:5.

DÇ-2024. Elit-raund. Qrup mərhələsi

Azərbaycan - Rumıniya - 5:5

Qollar: Rafael Vilela 18, 19, 25, Tofiq Mikayılov 32, Amir Şocai 34 -  Nastai 22, Balint 28, Araxuo 32(p),  Şocai 35(avtoqol), Nemitanu 36

Xallar: Qazaxıstan - 15, Niderland - 6, Rumıniya - 4, Azərbaycan - 4.