Millimiz yenə uduzdu - Yenilənib+Video

millimiz-yene-uduzdu
Oxunma sayı: 6641

Azərbaycan millisi bu gün DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində növbəti matçına çıxacaq.

“Qafqazinfo” xəbər verir ki, yığmamız səfərdə Serbiya millisinin qonağı olacaq.

Keçirdiyi 6 oyundan sonra cəmi bir xal qazanan Canni de Byazinin yetirmələri qrup lideri ilə matçda möcüzəyə ümid edəcək.

Qarşılaşma Bakı vaxtı ilə 22:45-də start götürəcək.

Qeyd edək ki, millimiz qrupda son görüşünü noyabrın 11-də Lüksemburqa qarşı keçirəcək.

DÇ-2022-nin seçmə mərhələsi
A qrupu, VIII tur
12 oktyabr
22:45. Serbiya – Azərbaycan

Baş hakim: Erik Lambrexts (Belçika)
Belqrad, “Rayko Mitiç” stadionu

***

DÇ-2022-nin seçmə oyununda üz-üzə gələcək Serbiya və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb.

Komandalar meydana aşağıdakı "11-lik"lə çıxacaqlar:

Serbiya: 12. Predraq Raykoviç, 4. Miloş Velkoviç, 5. Matiya Nastasiç, 11. Luka Yoviç, 13. Stefan Mitroviç, 16. Saşa Lukiç, 17. Filip Kostiç, 18. Duşan Vlahoviç, 20. Sergey Milinkoviç-Saviç, 21. Marko Qruyiç, 22. Darko Lazoviç.

Ehtiyat oyunçular: 1. Marko Dmitroviç, 23. Mile Svilar, 2. Uroş Raçiç, 3. Filip Mladenoviç, 6. Nemanya Maksimoviç, 7. Nemanya Radonyiç, 8. Nemanya Qudel, 9. Aleksandar Mitroviç, 10. Duşan Tadiç, 14. Andriya Jivkoviç, 15. Uroş Spayiç, 19. Mihaylo Ristiç.

Azərbaycan: 12. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 3. Azər Salahlı, 4. Höccət Haqverdi, 5. Maksim Medvedev, 8. Emin Mahmudov, 9. Renat Dadaşov, 13. Abbas Hüseynov, 18. Anton Krivotsyuk, 19. Filip Ozobiç, 21. Araz Abdullayev.

Ehtiyat oyunçular: 1. Emil Balayev, 23. Aydın Bayramov, 6. Vüqar Mustafayev, 7. Namik Ələskərov, 10. Rəhim Sadıxov, 11. Ramil Şeydayev, 14. Murad Xaçayev, 15. Tellur Mütəllimov, 16. Anatoli Nuriyev, 17. Toral Bayramov, 20. Mert Çelik, 22. Bəxtiyar Həsənalızadə.

***

Matç başladı.

***

Duşan Vlahoviç 31-ci dəqiqədə qapımıza yol tapıb. 

***

Millimiz hesabı bərabərləşdirib. Emin Mahmudov 45+2-ci dəqiqədə fərqlənib.

***

Matçda fasilədir.

***

İkinci hissə başladı.

***

Duşan Vlahoviç 2-ci qolu vurur. O, 53-cü dəqiqədə Serbiyanı yenidən önə keçirir.

***

Serbiya 83-cü dəqiqədə 3-cü qolu vurur. Duşan Tadic hesabl 3:1 edir.

***

Matç bitdi.