Mingəçevirdə 2 tələbəni avtomobil vurdu - Ölən var

mingecevirde-2-telebeni-avtomobil-vurdu
Oxunma sayı: 5479

Bu gün saat 19 radələrində Mingəçevir şəhəri ərazisində “Mercedes” markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarındakı iki piyadanı vurub.

DİN-in Mətbuat xidmətinin Şəki regional qrupundan “Qafqazinfo”ya bildirilib ki, hadisə nəticəsində piyadalardan biri - 2005-ci il təvəllüdlü Hüseynova Nazlı Rövşən qızı aldığı xəsarətlərdən vəfat edib, digər piyada Sadıqzadə İmamrza Çingiz oğlu isə xəsarət alıb.

Hər iki piyadanın Mingəçevir Turizm Kollecinin üçüncü kurs tələbəsi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.