Mingəçevirdə ər arvadını iş yerində bıçaqladı

mingecevirde-er-arvadini-is-yerinde-bicaqladi
Oxunma sayı: 2994

Mingəçevirdə bıçaqlanma hadisəsi olub. 

“Qafqazinfo” xəbər verir ki, hadisə Heydər Əliyev prospektində yerləşən aptekdə qeydə alınıb.

Orada işləyən 1980-ci il təvəllüdlü Könül Mirzəliyeva iş yerində bıçaqlanıb. Ağır bədən xəsarətləri alan qadın xəstəxanaya çatdırılıb. İlkin məlumata görə, qadını həyat yoldaşı Anar İsmayılov şəxsi münasibətlər zəminində bıçaqlayıb. 

Faktla bağlı araşdırma gedir.

Elmar Əli