Bakıda 89 yaşlı qadının meyiti tapıldı

bakida-89-yasli-qadinin-meyiti-tapildi
Oxunma sayı: 669

Bakıda mənzildən 89 yaşlı qadının meyiti tapılıb.

“Qafqazinfo” xəbər verir ki, hadisə iyulun 23-ü saat 19 radələrində Nəsimi rayonu ərazisində baş verib.

Belə ki, 1937-ci il təvəllüdlü Z.Əlizadənin üzərində zorakılıq əlamətləri görünməyən meyiti yaşadığı Ə.Quliyev küçəsindəki mənzildə aşkarlanıb.

Onun evdə tək yaşadığı bildirilib.

Faktla bağlı araşdırma aparılır.