Miri Yusif - Funda Arar qalmaqalı- - Türkiyə mediasında

miri-yusif-funda-arar-qalmaqali-
Oxunma sayı: 4538


“Son olaraq yanvarda “Xoş” adı albomunu çıxaran Funda Arar yeni albom işlərinə davam edərkən “Bağışla” adlı sinqlını pərəstişkarlarıyla paylaşdı. Rejissorluğunu Nihat Odabaşının etdiyi yeni klipini də üç gün əvvəl təqdim etdi. Klipi izləyən Azərbaycanın məşhur müğənnisi Miri Yusif həyatının şokunu yaşadı. Çünki mahnı iki il əvvəl çıxartdığı albomundakı "Bağışla" idi. “Ağ Qara” adlı albomumdakı “Bağışla” adlı mahnının Fundar Arar tərəfindən heç bir şəkildə icazə alınmadan oxunması bizi çox üzdü” deyən Miri Yusif  “Instagram” səhifəsində albomunun üzünü paylaşaraq “Sivil cəmiyyətdə bu addımın atılması heç də xoş deyil və buna qarşılıq olaraq onlarla məhkəmədə görüşəcəyik. Onu bağışlamayacam” şərhini yazıb və  məhkəməyə müraciət edəcəyini bildirib.

Gözəl müğənni səssiz qalarkən, prodüseri Samsun Demir Miri ilə əlaqə saxlayıb. Lakin azərbaycanlı müğənninin əsəbi keçməyib. İki məşhur qalmaqalı məhkəmədə həll edəcək”.

Qeyd edək ki, Türkiyəli şair, mahnının sözlərini türk dilinə çevirən Günay Çoban mahnının sahibinin Murad Quliyev olduğunu və ondan icazə alındığını bildirmişdi.

Könül

“Qafqazinfo”