Misirdə günün 3-cü partlayışı - Ölən və yaralananlar var + Yenilənib

misirde-gunun-3-cu-partlayisi
Oxunma sayı: 681

Misirin paytaxtı Qahirənin 94 km şimalında, Nil deltasında yerləşən Tanta şəhərində kilsələrdən birində partlayış olub.

“Qafqazinfo”nun “Reuters”ə istinadən xəbərinə görə, partlayış nəticəsində ən azı 17 nəfər ölüb, 42 nəfər xəsarət alıb. 

Partlayışın hansı səbəbdən baş verdiyi bilinmir.

Tantanadakı hadisədən sonra polis bölməsi binalarından birinin yaxınlığında ikinci partlayış olub.

***

Misirin İsgəndəriyyə şəhərindəki kilsələrdən birində partlayış törədilib.

“Reuters” xəbər verir ki, partlayış nəticəsində azı 2 nəfər ölüb, 21 nəfər xəsarət alıb.

Partlayışı canlı bombanın törətdiyi bildirilir.