“Moody's” ABB-nin proqnozunu stabildən pozitivə yüksəltdi

moodys-abb-nin-proqnozunu-stabilden-pozitive-yukseltdi
Oxunma sayı: 979

“Moody's” Beynəlxalq Reytinq Agentliyi ABB-nin reytinqlərinə yenidən baxıb. 

Agentlik bankın yerli və xarici valyutada uzunmüddətli depozit reytinqini Ba3 səviyyəsində təsdiqləyib və reytinq proqnozunu stabildən pozitivə dəyişib. Eyni zamanda, agentlik ABB-nin kreditödəmə və tənzimlənmiş kreditödəmə qabiliyyəti reytinqlərini b1 səviyyəsində təsdiqləyib.

ABB-nin kredit ödəmə reytinqlərinin b1 səviyyəsində təyin edilməsi bankın aktivlərinin artan keyfiyyəti, mənfəətliliyi, güclü kapital adekvatlığı, həmçinin aktivlərinin yüksək likvidliyi və məhdud risklərə malik olması ilə əsaslandırılır.

“Moody's”in proqnozlarına görə, ABB-nin kredit profili, aktivlərinin likvidliyi, keyfiyyəti və gəlirliliyi önümüzdəki 12-18 ayda daha da yaxşılaşmaqda davam edəcək. Bankın reytinq proqnozunun stabildən pozitivə dəyişdirilməsi bununla bağlıdır