Moskva aeroportunda partlayış təhlükəsi elan edildi - Yenilənib

moskva-aeroportunda-partlayis-tehlukesi-elan-edildi
Oxunma sayı: 2239

Moskvanın Vnukovo hava limanında partlayış təhlükəsi elan edilib.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, təhlükə ilə əlaqədar aeroportun mərtəbələrindən birindən insanlar təxliyə edilib.

***

Hüquq-mühafizə orqanlarındakı mənbənin TASS-a verdiyi məlumata görə, hazırda insidentlə bağlı araşdırma aparılır:

“Təxliyə inzibati binanın 7-ci mərtəbəsində həyata keçirilib. Partlayış təhlükəsi ilə bağlı yoxlanışlar aparılır. Ərazidə partlayıcı qurğunun olub-olmaması araşdırılır”.

Hadisənin aeroportun işinə təsir etmədiyi qeyd olunub.