Moskvada koronavirusla bağlı son statistika

moskvada-koronavirusla-bagli-son-statistika
Oxunma sayı: 1203

Moskvada son sutka ərzində daha 11 nəfər koronavirusdan dünyasını dəyişib.

“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, bununla da Rusiyanın paytaxtında COVID-19 qurbanlarının sayı 4 878-ə çatıb.

Ümumilikdə Moskvada 265 mindən çox insan koronavirusa yoluxub, 219 mindən çox insan isə virusa qalib gəlib.