Müharibədə ibadət... - Görüntülər

muharibede-ibadet
Oxunma sayı: 2325

İsrail-HƏMAS münaqişəsi başlayandan Şərqi Qüdsdəki “Məscidül-Əqsa”da müsəlmanların namaz qılmalarına məhdudiyyətlər qoyulub.

“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, 5 aydır hökm sürən qadağalara baxmayaraq, Ramazan ayının ilk günündə 35 min müsəlman sühb namazını qılmaq üçün məsciddə növbəyə düzülüb.

Həmin görüntüləri təqdim edirik:

Qeyd edək ki, bölgəyə İsrailin nəzarəti və fələstinlilərin burada ibadət etməsi müəyyən zamanlarda məsciddə silahlı insidentlərin olmasına və insan ölümlərinə səbəb olub. Bunlardan ən geniş yayılmışı da 2021-ci ilin Ramazan ayında qeydə alınıb. Hazırda isə həmin məsələ İsrail və Fələstin arasında münasibətlərin daha da gərginləşməsinə gətirib çıxarıb.