Müsabiqənin “20-liyi” açıqlandı - Siyahı

musabiqenin-20-liyi-aciqlandi-siyahi
Oxunma sayı: 861

Kultaz.com Mədəniyyət Portalının təşkilatçılığı ilə keçirilən IV “Nəsimi” Milli Ədəbiyyat Müsabiqəsinin seçim mərhələsi başa çatıb.
“Qafqazinfo”nun məlumatına görə, müsabiqənin 5 nəfərdən ibarət Təşkilat Komitəsi “hekayə” və “şeir” nominasiyaları üzrə “20-liy”i seçib.

“20-liy”ə düşən mətnlər Kultaz.com portalında 3 gün ərzində dərc olunacaq. Mətnlərin hamısı dərc olunandan sonra 7 gün ərzində bu mətnlər həm də oxucuların səsverməsinə buraxılacaq.
Oxucuların və Ekspertlər Şurasının seçimi əsasında (3+7) mayın 31-də hər nominasiya üzrə Nəsimi Milli Ədəbiyyat Müsabiqəsinin 10-luğu açıqlanacaq.

10-luğun içindən Təşkilat Komitəsinin və Ekspertlər Şurasının birgə səsverməsi ilə hər iki nominasiyanın qalibləri seçiləcək.
Qaliblərin adları 8 iyun tarixində – Kultaz.com-un 5 yaşında elan ediləcək. Qaliblər bu müsaibətlə keçirilən mərasimdə müsabiqənin diplomu ilə təltif olunacaqlar.

Qeyd edək ki, əsər qəbuluna aprelin 20-də başlanılmışdı.
Müsabiqəyə 70-ə yaxın müəllifdən 200-dən artıq mətn daxil olub.
ŞEİR nominasiyası - “20-lik”:

Hacıbala Səfərov
Or Al
Aysel Əliyeva
Ramil Əhmədov
Emin Piri
Məhbus Münzəvi
Sevda Cavadova
Furqan Sadıq
Oğuz Ayvaz
Aydan Xəlilzadə
Samir Kərimoğlu
Aqşin Evrən
Aytən Nəsibbəyli
Ərşad
Gültəkin
Səbinə Dəniz
Sara Selcan
Roma Xosrov
Leyla Nənə
Lalə (Məhərrəmli)

HEKAYƏ Nominasiyası – “20-lik”:
Əfsanə Laçın
Elçin Aslangil
Günel Kərimli
Günel Xəzəl
İlham Dostuxan
Məcid Həsənli
Ramil Əhmədov
Samirə Əşrəf
Şərqin Əhmədov
Toğrul Əzimov
Fuad Mirzəyev
Günay Araf
Həmid Piriyev
Leyla Nənə
Nilufər Muğantürk
Ruslan Mollayev
Şəbnəm Xeyrulla
Şahnaz Kamalova
Namiq Vəliyev
Oğuz Ayvaz