Muxtar Babayev səfirlə görüşdü

muxtar-babayev-sefirle-gorusdu
Oxunma sayı: 1431

Çex Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Milan Sedlaçek ilə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev arasında görüş keçirilib. 

“Qafqazinfo” xəbər verir, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, görüşdə iki ölkə arasında ətraf mühitin mühafizəsi, gələcək əməkdaşlıq imkanları müzakirə edilib. Eyni zamanda, ölkəmizin bu il ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıqla bağlı fikir mübadiləsi aparılıb.