Narkotikin təsiri altında avtomobil idarə etdi - Cəzalandırıldı

narkotikin-tesiri-altinda-avtomobil-idare-etdi
Oxunma sayı: 1326

Beyləqanda sürücü narkotikin təsiri altında avtomobil idarə edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan məlumat verilib.

Bildirilib ki, Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbir nəticəsində idarəsində olan "Mersedes" markalı nəqliyyat vasitəsi ilə yol-hərəkəti qaydasına pozduğuna görə rayon sakini Namiq Hüseynov saxlanılıb.

Müvafiq araşdırmalar zamanı sürücünün avtomobili narkotikin təsiri altında idarə etdiyi müəyyən edilib. Həmin sürücü barəsində inzibati qaydada protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarına əsasən, onun sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb.