“Naxçıvanda ən çox ehtiyac ailə həkimlərinədir” - Samiq Sadıxov

naxcivanda-en-cox-ehtiyac-aile-hekimlerinedir
Oxunma sayı: 1263

“Hazırda Naxçıvanda 400-ə yaxın vakant həkim yeri var. Ən çox ehtiyac ailə həkimlərinədir”.

“Qafqazinfo” xəbər verir ki, bunu Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri vəzifəsini icra edən Samiq Sadıxov jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, hazırda bu vakant yerlərin doldurulması üçün iş aparılır:

“Bu il Bakıda rezidentura təhsilini bitirəcək həkimlərimizlə görüşlərimiz olub. Bu ilin sonu - noyabr ayında onlar imtahan verəcəklər. Düşünürük ki, kifayət qədər böyük həkim kollektivi Naxçıvanın səhiyyə müəssisələrində işlə təmin olunacaq. Əvvəllər həkimlər Naxçıvandan Bakıya gedirdilərsə, artıq Naxçıvana geri qayıdırlar”.

S.Sadıxov əlavə edib ki, Muxtar Respublikada həkimlərdən fərqli olaraq ehtiyacdan  artıq tibb bacısı var.

Gülnar Əliyeva