Naxçıvanda iki türk tələbə dəm qazından boğulub öldü - Foto

naxcivanda-iki-turk-telebe-dem-qazindan-bogulub-oldu
Oxunma sayı: 1115

Naxçıvanda iki tələbə dəm qazından zəhərlənərək ölüb.

“Qafqazinfo” Nuhçıxan-a istinadən xəbər verir ki, hadisə şəhərin Nizami küçəsi 61 ünvanında qeydə alınıb.

Məlumata görə, Ahmet və Büşra adlı tələbələr Türkiyə vətəndaşlarıdır.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, onlar Naxçıvan Dövlət Universitetinin tələbələri imiş.