Naxçıvanda maşın aşdı, ölən var - Foto

naxcivanda-masin-asdi-olen-var
Oxunma sayı: 468

Naxçıvanın Kəngərli rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, Naxçıvan-Sədərək magistralının rayonun Xok kəndi ərazisindən keçən hissəsində “Renault Logan” markalı avtomobil idarəetmədən çıxaraq aşıb.

Nəticədə, sürücü 1977-ci il təvəllüdlü Əsgərov Sadiq Fərrux oğlu hadisə yerində həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.