Azərbaycan milli mətbuatının 150 illiyi münasibətilə Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən, mayın 30-u Naxçıvanda “Qlobal İnformasiya Mühiti və Media Trendləri” konfransı – “Mediafest-2025” keçirilir.
“Qafqazinfo” xəbər verir ki, tədbir Ümummilli Lider Heydər Əliyevin abidəsinin ziyarəti ilə başlayıb. Ulu Öndərin xatirəsi ehtiramla yad edilib, abidə önünə gül dəstələri qoyulub.
Qeyd edək ki, tədbir Naxçıvan MR-də Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəliyinin təşəbbüsü, Medianın İnkişafı Agentliyi, Mətbuat Şurası və Naxçıvan MR Ali Məclisinin orqanı olan “Şərq qapısı” qəzetinin birgə təşkilatçılığı ilə keçirilir.
***
Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında keçirilən “Qlobal informasiya mühiti və media trendləri” konfransı – “Mediafest-2025” çərçivəsində “Dezinformasiya və “fake news”larla mübarizə” mövzusunda panel müzakirə olub.
Paneldə MEDİA-nın Naxçıvan Regional İdarəsinin müdiri Vəfa Aslanın moderatorluğu ilə baş tutan paneldə jurnalist Rüfət Həmzəyev, Mətbuat Şurası idarə heyətinin üzvü Elşad Eyvazlı, Bakı Dövlət Universitetinin professoru Qulu Məhərrəmli və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Mətbuat və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Rəmzi İbrahimov fikirlərini bölüşüblər.






Son xəbərlər
Son Xəbərlər