Naxçıvanın keçmiş fövqəladə hallar naziri vəfat etdi

naxcivanin-kecmis-fovqelade-hallar-naziri-vefat-etdi
Oxunma sayı: 3907

Naxçıvan Muxtar Respublikasının keçmiş fövqəladə hallar naziri, general-leytenant Şamı Abdullayev vəfat edib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 63 yaşlı general bir müddət əvvəl infarkt keçirib.

Müalicə almasına baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Xatırladaq ki, Ş. Abdullayev 2023-cü ildə vəzifəsindən azad olunub.