Nazirlik məşhur restoranların bağlanmasını istəyir - Siyahı

nazirlik-meshur-restoranlarin-baglanmasini-isteyir
Oxunma sayı: 9043

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Bakıda 9 iaşə obyektinin fəaliyyətinin dayandırılması üçün məhkəmə orqanları qarşısında vəsatət qaldıracaq.

"Qafqazinfo" xəbər verir ki, bu barədə mətbuat konfransında ETSN Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin direktoru Ramal Bağırov deyib.

R.Bağırov deyib ki, bunlar Yasamal rayonunda yerləşən “Filiz Palace”, Binəqədi rayonundakı “Tərlan”, “White Palace”, Nizami rayonunda “Milord”, “Xəmsə”, “Dan ulduzu”, Xətai rayonunda “Neapol”, Suraxanı rayonunda “Turan”, Sabunçu rayonunda “Arzu” ictimai iaşə obyektləridir.