Nazirliyin xidməti avtomobillərinin sayı azaldıldı

nazirliyin-xidmeti-avtomobillerinin-sayi-azaldildi
Oxunma sayı: 5143

Elm və Təhsil Nazirliyinin xidməti minik avtomobillərinin say həddi azaldılıb.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb.

Qərarla Elm və Təhsil Nazirliyinin xidməti minik avtomobillərinin cəmi say həddi 23-dən 10-a endirilib.

Həmçinin, nazirliyin ərazi və yerli bölmələri üzrə mövcud 13 xidməti avtomobil ləğv edilib.

Eyni zamanda, Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin balansındakı avtomobillərin sayı 2-dən 3-ə qaldırılıb.

Dəyişikliklə Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinə 3, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə isə 17 xidməti minik maşını ayrılıb.