Milli Basketbol Assosiasiyasında çıxış edən (NBA) “Memfis Qrizlis”in hücumçusu Brandon Klark 29 yaşında vəfat edib.
“Qafqazinfo” xəbər verir ki, bu haqda komandanın mətbuat xidməti məlumat yayıb.
“Brendon Klarkın faciəli şəkildə vəfatı bizi dərindən sarsıtdı. O, hamımız və həyatına toxunduğu hər kəs tərəfindən çox sevildi”- açıqlamada deyilir.
Ölümün rəsmi səbəbi açıqlanmasa da, “Mash on Sport” teleqram kanalı bildirir ki, Klarkın ürəyinin dayanmasının narkotik maddənin həddindən artıq dozası səbəbindən baş verdiyi ehtimal edilir.
Son xəbərlər
Son Xəbərlər