Neapolda son 40 ilin ən güclü zəlzələsi - Fotolar

neapolda-son-40-ilin-en-guclu-zelzelesi
Oxunma sayı: 677

İtaliyanın Neapol şəhəri yaxınlığında son 40 ilin ən güclü zəlzələsi baş verib.

“Qafqazinfo” ORF nəşrinə istinadən xəbər verir ki, 4,7 bal gücündə olan yeraltı təkanların episentri Fleqrey sahələri supervulkanı ərazisində yerləşib. 

Yeraltı təkanlar bütün Neapolda hiss edilib. Nəticədə binalara zərər dəyib, rayonlardan birində isə nəhəng qaya parçaları dağ yamacından yuvarlanaraq avtomobilləri əzib. 21 nəfərin xəsarət aldığı, onlardan 2 nəfərin vəziyyətinin ağır olduğu bildirilir. 

Əhalinin bir hissəsi sonrakı yeraltı təkanlardan ehtiyat edərək şəhəri müvəqqəti tərk etməyə başlayıb.

Yeraltı təkanlar həmçinin işıqların sönməsinə, qatarların və metronun işində nasazlıqlara səbəb olub.