“Neftçi” “Qarabağ” azarkeşlərini stadiona buraxmadığına görə cəzalandı

neftci-qarabag-azarkeslerini-stadiona-buraxmadigina-gore-cezalandi
Oxunma sayı: 766

Əvəzedicilər Liqasının XV turunda “Qarabağ” azarkeşlərini arenaya buraxmayan “Neftçi” klubu cərimələnib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar qəbul edib.

“Ağ-qaralar”ın bu davranışı onlara 200 manata başa gəlib. Bundan başqa, sözügedən matçda “Qarabağ”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 70 manat cərimə edilib.