“Neftçi” – “Qarabağ” oyunu təxirə salındı - Razılıq əldə olundu

neftci-qarabag-oyunu-texire-salindi
Oxunma sayı: 1165

Ölkəmizi Çempionlar Liqasında təmsil edən “Qarabağ” klubunun rəsmi müraciətinə “Neftçi” razılıq verib.

“Qafqazinfo” PFL-in saytına istinadən xəbər verir ki, klubun razılıqla bağlı rəsmi cavabı əsasında Misli Premyer Liqasının 21-ci turunun 21 fevral tarixinə nəzərdə tutulmuş “Neftçi” – “Qarabağ” oyunu təxirə salınıb.

Qeyd edək ki, daha əvvəl “Qarabağ” klubunun bununla bağlı rəhbərlik səviyyəsində və rəsmi müraciəti olsa da, “Neftçi” təklifə müsbət cavab vermirdi.

Xatırladaq ki, UEFA Çempionlar Liqasının pley-off mərhələsində keçiriləcək “Qarabağ” – “Nyukasl” matçı fevralın 18-i, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək.