Bu gün N.Nərimanov adına NQÇİ-də baş vermiş hadisə zamanı 10 nəfərin itkin düşməsindən sonra meyiti tapılan neftçi İlham Qafarovun nəşi "Qaradağ-8" gəmisi ilə sahilə gətirilib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Report-a “Azneft” İstehsalat Birliyindən məlumat verilib.
İlham Qafarovun meyiti Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyinin Yasamal şöbəsinə aparılıb. Neftçinin meyiti bu gün ailəsinə təhvil veriləcək.
Xatırladaq ki, meyiti tapılan 1958-ci il təvəllüdlü Qafarov İlham Əlihüseyn oğlu 3 saylı neft-yığım məntəqəsinin əmtəə operatoru işləyib.
Son xəbərlər
Son Xəbərlər