Neftimiz bir az da ucuzlaşdı

neftimiz-bir-az-da-ucuzlasdi
Oxunma sayı: 925

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.

“Qafqazinfo” xəbər verir ki, Azərbaycan neftinin 1 bareli üzrə qiyməti ötən günlə müqayisədə 0,26 dollar və ya 0,28% azalaraq 91,39 ABŞ dollarına enib.

Qeyd edək ki, ötən gün neftimiz 91,65 dollara ticarət edilib.

Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları qeydə alınıb.