Nemstovun dəfn tarixi və yeri açıqlandı- - Anım yürüşü

nemstovun-defn-tarixi-ve-yeri-aciqlandi-
Oxunma sayı: 3834


“Qafqazinfo” xəbər verir ki, bu barədə itar-tass-a PARNAS partiyasının üzvü Konstantin Merzlikin məlumat verib. 

Vida mərasimi martın 3-ü yerli vaxtla 10-dan 14:00-a qədər Saxarov mərkəzində təşkil ediləcək. Daha sonra isə Troekurov qəbiristanlığında dəfn mərasimi keçiriləcək. 

Martın 1-də isə Moskvada mərhum siyasətçinin xatirəsinə həsr olunmuş matəm yürüşü baş tutacaq. Yürüş Moskva vaxtı ilə 15:00-da başlayacaq və Nemtsovun öldürüldüyü körpü istiqamətində davam edəcək. 

Müxalifətçi İlya Yaşin bəyan edib ki, sözügedən anım tədbiri artıq Moskva meriyası ilə razılaşdırılıb. O qeyd edib ki, martın 1-nə təyin edilmiş “Bahar”aksiyası da təxirə salınıb.

Qeyd edək ki, Boris Nemtsov fevralın 28-i gecə saatlarında “Böyük daş körpü”də öldürülüb. Naməlum şəxs ona 4 dəfə atəş açıb. Ürəyindən yara alan siyasətçi yerindəcə keçinib.