Nənə və nəvələri maşın vurdu, uşaqlardan biri öldü - Yenilənib

nene-ve-neveleri-masin-vurdu-usaqlardan-biri-oldu
Oxunma sayı: 4562

Lənkəranda yol-nəqliyyat hadisəsi olub.

“Qafqazinfo”nun məlumatına görə, qəza Lənkəran rayonunun Yuxarı Nüvədi kəndi ərazisində baş verib.

Belə ki, minik avtomobili 1968-ci il təvəllüdlü Mərziyyə Ağalıyevanı və onun yanında olan iki azyaşlını vurub.

Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

3 yaşlı uşağın vəziyyəti ağır olduğu üçün həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Nənənin və 5 yaşındakı digər nəvəsinin müalicəsi təcili yardım şöbəsində davam etdirilir.

Məlumata görə, nənə nəvələri vuran nəqliyyat vasitəsi digər bir maşına da çırpılıb.

Faktla bağlı araşdırma aparılır.

Surxay Şahbazov

***

DİN-nin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Qafqazinfo”ya verilən məlumata görə, iyunun 12-si saat saat 21:00 radələrində Lənkəran rayonu ərazisində S.Quliyev idarə etdiyi “Vaz 2105” markalı avtomobillə yol kənarında dayanan “Vaz 21015” markalı avtomobili vurub.

Bundan sonra o, idarəetməni itirib və 3 nəfər piyadanı da vurub.

Nəticədə 3 yaşlı Duyğu Məmmədli dünyasını dəyişib, M.Ağaliyeva və U.Məmmədli isə xəsarət alıblar.

Araşdırma aparılır.