“Neptun”un əməkdaşı 200 minlik malı mənimsəyib?

neptunun-emekdasi-200-minlik-mali-menimseyib
Oxunma sayı: 2953

“Neptun-S” MMC-nin rəhbərliyi şirkət əməkdaşının külli miqdarda malı sataraq pulunu ələ keçirməsi iddiası ilə hüquq-mühafizə orqanlarına müraciət edib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, müraciətdə ekspeditor vəzifəsində çalışan 1977-ci il təvəllüdlü E.Məmmədovun 2021-2022-ci illər ərzində ümumilikdə 200 min manat mənimsəməsi iddia edilib. Ərizədə bildirilib ki, E.Məmmədov həmin malları şirkətin anbarlarından götürərək marketlərə paylayıb və əldə etdiyi vəsaitləri kassaya ödəməyərək mənimsəyib.

İlkin olaraq Yasamal Rayon Prokurorluğuna daxil olmuş müraciət mayın 23-də aidiyyəti üzrə Yasamal RPİ-yə göndərilib.

Hazırda araşdırmalar davam etdirilir.

Nizam Rza