Nərimanovda yaşayış binasında yanğın baş verib - Video+Yenilənib

nerimanovda-yasayis-binasinda-yangin-bas-verib
Oxunma sayı: 4871

Paytaxtın Nərimanov rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın başlayıb.

“Qafqazinfo”nun hadisə yerində olan əməkdaşı xəbər verir ki, hadisə Montin qəsəbəsində baş verib.

Binanın altıncı mərtəbəsinin blokunda başlayan yanğın yuxarıya doğru irəliləyir.

Hadisə yerinə FHN, polis və təcili yardım cəlb edilib. Bina sakinlərinin hamısı təxliyə edilib.

***

Fövqəladə Hallar Nazirliyi yanğınla bağlı məlumat yayıb.

Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri əraziyə cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam edir.

Əlavə məlumat veriləcək.

***

Məlumata görə, binanın altıncı mərtəbəsinin blokunda başlayan yanğın yuxarıya doğru irəliləyir. Bina sakinləri hamısı təxliyə edilib.

***

DİN-dən verilən məlumata görə, Nərimanov rayonu, Əlicabbar Orucov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğınla əlaqədar polis əməkdaşları əraziyə cəlb olunub.

Hadisə yerində insanların təhlükəsiz şəkildə təxliyəsi, ərazinin nəzarətə götürülməsi və yanğınsöndürənlərin maneəsiz fəaliyyətinin təmin edilməsi istiqamətində operativ tədbirlər görülür.

***

Hadisə binanın elektrik xəttindəki nasazlıq səbəbindən baş verib. Yanğının genişlənməsinin qarşısı alınıb.

***

FHN-nin yaydığı məlumata görə, yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə məhdudlaşdırılıb.

Hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam edir.

Əlavə məlumat veriləcək.

***

Hadisə nəticəsində binanın liftində köməksiz qalan sakin polis və FHN əməkdaşları tərəfindən xilas edilib.

Başqa sakinlərdən xəsarət alan olmayıb. Yanğın söndürülüb.

***

TƏBİB-dən sorğumuza cavab olaraq bildirilib ki, saat 18:00 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Binəqədi rayonu ərazisindən yanğın hadisəsinin baş verməsi səbəbilə çağırış qeydə alınıb.

Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.

Təcili tibbi yardım briqadası tərəfindən 1 nəfərə yerində tibbi xidmət göstərilib.