Nəsimidə abadlaşdırılan növbəti həyətin açılışı oldu - Fotolar

nesimide-abadlasdirilan-novbeti-heyetin-acilisi-oldu
Oxunma sayı: 834

Nəsimi rayonunda küçə və parkların, məhəllə və binaların abadlaşdırılması, həyətlərin yenidən qurulması, yeni infrastrukturların yaradılması, yaşıllıqların salınması işləri uğurla davam etdirilir.

“Qafqazinfo” xəbər verir ki, həyata keçirilən silsilə tədbirlər çərçivəsində 600-dən artıq nəfər sakinin yaşadığı Moskva prospekti 90 və 92 saylı binaların əhatə etdiyi ərazidə abadlıq, quruculuq və yenidənqurma işləri başa çatdırılaraq həyət sakinlərin istifadəsinə verilib.

Hazırlanmış layihəyə uyğun olaraq Moskva prospekti 90 və 92 saylı binaların fasadları və dam örtükləri əsaslı təmir edilib, yeni yağış suları axıdan borular və navalçalar quraşdırılıb, giriş qapıları və pilləkən qəfəslərinin pəncərələri dəyişdirilib.

Görülmüş işlər çərçivəsində binaların əhatə etdiyi həyətə 2000 kv.m asfalt örtüyü, 1500 kv.m-dən artıq qazon, 500 kv.m tamet daşı vurulub, 300 p.m-dən artıq yeni bardürlər və kiçik tullantıların atılması üçün yeni zibil qutuları qoyulub, 150 p.m. istinad divarı bərpa olunaraq aqlay daşla üzlənib. Əlillərin sərbəst hərəkəti üçün panduslar quraşdırılıb.

Sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün binaların həyətinə söhbətgah və oturacaqlar qoyulub, müxtəlif növ uşaq oyun elementləri və idman qurğuları quraşdırılıb. Həyətdə işıqlandırma sistemləri yenidən qurulub.

Hazırda rayonun daha bir neçə ünvanında abadlıq-quruculuq və yenidənqurma işləri aparılır.