Ötən ay sevgili olduqlarını açıqlayan azərbaycanlı aktrisa Nəsrin Cavadzadə və türkiyəli aktyor Pamir Pekinin ayrıldıqları iddia olunur.
“Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, iddialara görə, cütlüyün ayrılmasına səbəb həyat tərzlərinin uyğun gəlməməsi və aralarındakı bağın zəifləməsi olub.
Onlar sosial şəbəkədə bir-birini izləməyi də dayandırıb.
Qeyd edək ki, Nəsrinlə Pamir “Sandık kokusu” serialında iki sevgili obrazını canlandırıb. İkinci sezondan seriala qatılan N.Cavadzadə “Ayça”, P. Pekin isə “Hakan” obrazına həyat verib.