İsrailin Baş naziri Benyamin Netanyahu Rusiya Prezidenti Vladimir Putindən İrana mesaj çatdırmasını xahiş edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə İsrailin “Kan” dövlət teleşirkəti mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, Netanyahu Putindən ölkəsinin İrana qarşı hücum planlaşdırmadığını Tehrana çatdırmasını istəyib.
Rusiya və İsrail liderləri son həftələrdə Tehran və Təl-Əviv arasında vəziyyətin gərginləşməsi fonunda bir neçə dəfə telefon danışığı aparıblar. Bildirilir ki, Netanyahu İranın İsrail tərəfdən mümkün hücumların qarşısını almaq üçün bu ölkəyə qabaqlayıcı zərbələr endirə biləcəyindən narahatdır.
Xatırladaq ki, daha əvvəl ABŞ Prezidenti Donald Tramp və İsrailin Baş naziri Benyamin Netanyahunun dekabrın 29-da keçirilmiş görüş zamanı 2026-cı il ərzində İrana zərbələr endirmək imkanını müzakirə etdikləri barədə xəbər yayılmışdı.
Son xəbərlər
Son Xəbərlər