“New-York Times”ın fotoqrafı Bərdənin bombalanmasından yazdı - Fotolar

new-york-timesin-fotoqrafi-berdenin-bombalanmasindan-yazdi
Oxunma sayı: 2923

“New-York Times”ın fotoqrafı Ayvor Prikett 2020-ci ildə Ermənistan silahlı qüvvələrinin Bərdədə dinc sakinlərə qarşı etdiyi raket hücumunda lentə aldığı fotoları yayıb.  

“Qafqazinfo” xəbər verir ki, fotoqraf görüntüləri sosial media hesabında paylaşıb. 

O, həmin günü dəhşətli hadisə kimi xatırlayaraq bunları yazıb:

“Yəqin ki, bu, mənim həyatımın ən qorxulu anlarından biri idi, çünki bizim heç bir mühafizəmiz yox idi. Mən dindar deyiləm, amma o gün naməlum bir tanrıya dua etdiyimi dəqiq xatırlayıram”.

“Əslində, bəxtimiz gətirdi ki, həmkarım Karlotta Qall, mən və komandamız Bərdədəki həmin hücumdan sağ-salamat çıxdıq. Demək olar ki, kaset bombası hücumunun mərkəzində idik. 2-ci slaydda cəsarətli tərcüməçim Rövlanın partlayışlarla əhatə olunmuş divarın arxasında gizləndiyimiz zaman çəkdiyi videodan qısa bir hissədir”, - deyə fotoqraf əlavə edib.

Xatırladaq ki, Ermənistan Azərbaycanın Bərdə rayonunu 2020-ci il oktyabrın 27 və 28-i tarixlərində qadağan olunmuş silahlardan istifadə etməklə raket atəşinə tutub. Nəticədə 25 mülki şəxs həyatını itirib, 80-dən artıq şəxs yaralanıb.