Nicat Abasov dizindən əməliyyat olunub - Video

nicat-abasov-dizinden-emeliyyat-olunub
Oxunma sayı: 2330

Azərbaycan şahmatçısı Nicat Abasov Kanadanın Toronto şəhərində baş tutacaq “İddiaçılar Turniri”ndən öncə zədə alıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə qrossmeyster özü açıqlama verib. 

O, “ChessBase India” kanalına əməliyyat olunduğunu bildirib: “Məşqə edirdim və futbol oynayırdım. Zədə aldım. Bir ay əvvəl əməliyyat olundum. Hazırda bərpa prosesi keçirəm. Özümü yaxşı hiss edirəm”. 

Qeyd edək ki, “İddiaçılar Turnir”i aprelin 22-də başa çatacaq.