Niderlandda maşın Milad paradını izləyənlərə çırpıldı - Yaralılar var

niderlandda-masin-milad-paradini-izleyenlere-cirpildi
Oxunma sayı: 176

Niderlandın şərqində yerləşən Gerderland əyalətinin Nunspit şəhərində Milad paradını izləmək üçün toplaşan insanların üzərinə avtomobil sürülüb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 9 nəfər xəsarət alıb.

Gelderland polisi bildirib ki, yaralananlardan azı üçünün vəziyyəti ağırdır. İlkin məlumata görə, hadisə qəsdən törədilməyib. Faktla bağlı araşdırma aparılır.

Məlumata əsasən, insanlar Milad işıqları ilə bəzədilmiş nəqliyyat vasitələrinin paradını izləmək üçün marşrut boyunca toplaşıblar.

Regionda məşhur olan bu mövsümi tədbir qəza baş verən kimi dərhal dayandırılıb. Yaxınlıqdakı Elburq bələdiyyəsinin rəhbərliyi paradın dərhal ləğv edildiyini açıqlayıb.